“Ölsəm, ağlayanım olmayacaq” – Samiraldo

saytların hazırlanması

Evə çatdırılma

“Ölsəm, ağlayanım olmayacaq” – Samiraldo

Şou

24 Avqust 2019 09:01 1348


Stilist Samiraldo maraqlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, xoşbəxt görünsə də, əslində xoşbəxt olmadığını bildirib. 

Stilist tənhalıqdan şikayətlənib: pizza

“Mən həyatda özümü nə qədər xoşbəxt göstərsəm də, içimdə çox narahatlığım var. Narahatlığım ölümdən qorxmaq deyil, narahatlığım odur ki, mən bu dünyada təkəm. Düşünürəm ki, mən dünyamı dəyişsəm, görəsən, mənim üçün ağlayan olarmı? Hərdən öz-özümə deyirəm, mən bu qədər insanlara özümü xoşbəxt göstərirəm, özümü dünyanın ən xoşbəxt insanı kimi qələmə verirəm. Nİyə? Kimi aldadıram? İnsan nə qədər yalandan gülər? Nə qədər yalandan dişlərini ağardar?

Bir yandan xoşbəxtəm də. Xoşbəxtəm, ona görə ki, mən yaxşı insanam. Hərdən mən özümü bununla sakitləşdirirəm. İnsanlar məni düzgün anlamırlar, başa düşmürlər. Düz edirlər əslində, hərdən heç mən də özüm özümü anlaya bilmirəm. Mən çox istəyirəm ağlayım, amma ağlaya bilmirəm. Bəlkə də ağlasam, illərimin göz yaşını saxlaya bilmərəm. Sanki, gözlərim quruyub. Amma gözümün içi ağlayır. Hərdən fikirləşirəm, bu qədər mənə pislik edirlər, bu qədər aqressiya mənə qarşı sizdə hardandır?”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!