Ombudsman üçün əlavə ödəniş nəyi ehtiva edir?

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman üçün əlavə ödəniş nəyi ehtiva edir?

Sosial

22 İyun 2022 14:48 1161


İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşının artırılması bir çox suallar yaradıb. Əvvəllər 2230 manat olan Səbinə Əliyevanın aylıq məvacibi artıq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.

Bir çoxları buna təəccüblə yanaşmaqla yanaşı, Ombudsman maaşına əlavə ödənişin nəyi ehtiva etdiyini anlamaqda çətinlik çəkir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov maaşa bu cür əlavələrin qanunvericilikdə nəzərdə tutulduğunu deyib: pizza hut

"Müəyyən vəzifələri tutan şəxslərin əmək haqqına əlavələr qanunvericilikdə nəzərdə tutulur. Ombudsman da Konstitusiya qanunu ilə fəaliyyət göstərən xüsusi bir təsisatdır. Onun əmək haqqının artırılması ilə bağlı qərarı da Milli Məclis verir”.

S. Məmmədovun sözlərinə görə, bu cür əlavələr təkcə Ombudsmana deyil, bir çox vəzifəli şəxslərə verilir:

“Qanunvericilikdə əmək haqqına əlavə, hətta vəzifəli şəxslər üçün təmsilçilik xərci də var, bu, əmək haqqının 25 faizi həcmində olur. Təmsilçilik xərcləri ilə bağlı Prezidentin ayrıca fərmanı var. Amma bu, Ombudsmana aid deyil. Təmsilçilik xərcləri icra strukturlarında çalışanlara – nazir, nazir müavinləri, icra başçılarına aiddir. Bu vəzifələrdə vəzifənin icrası ilə bağlı əlavə xərclər ortaya çıxır.

Ombudsman təhsisatında da maaş və əlavə maaş nəzərdə tutulur. Belə hal dövlət qulluğunda da, bir çox deputatlar üçün də nəzərdə tutulub. O cümlədən bu ombudsman üçün. Yəqin ki, indi həmin rəqəm dəyişib və artıb”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!