“Omikron“a qarşı vaksin hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

“Omikron“a qarşı vaksin hazırlanır

Sosial

22 Dekabr 2021 13:10 418


Oksford Universiteti və "AstraZeneca" şirkəti koronavirusun "omikron" ştammı ilə mübarizə üçün nəzərdə tutulan vaksinin hazırlanmasına başlayıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə "AstraZeneca"nın bəyanatında deyilir.

Eyni zamanda, Oksfordda fəaliyyət göstərən işçi qrupunun rəhbəri Sendi Duqlasın sözlərinə görə, adenovirus əsasında yaradılan vaksinlər "omikron"a qarşı daha çevik reaksiya göstərə bilər. pizza hut

Tədqiqatçıların fikrincə, vaksinin yeni modifikasiyası 100 gün ərzində yaradıla bilər.

Qeyd edək ki, ilk dəfə noyabrın sonunda Afrikanın cənubunda aşkar olunan koronavirusun "omikron" ştammı hazırda 106 ölkədə qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!