“Öncə başıma güllə çaxacam ki...”   – Nadir Elzanın  efirdə yardım istəməyindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Öncə başıma güllə çaxacam ki...” – Nadir Elzanın efirdə yardım istəməyindən danışdı

Şou

19 May 2022 15:32 29023

“Əgər sabah nəyəsə ehtiyacım olsa, məcbur qalsam, efirə çıxmalı olsam, efirə çıxmamışdan öncə başıma güllə çaxacağam ki, Elzanın vəziyyətinə düşməyim, ona olan tənqidlər, təhqirlər, qınaqlar mənə də olmasın...”

Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib. 

Əməkdar artist Elza Seyidcahanın bir neçə gün öncə “Səni axtarıram” verilişinə çıxaraq şəxsi problemi üçün 70 min manat borc istəməsi barədə danışan həmkarının buna həqiqətən ehtiyacı olduğunu bildirib: pizza

“Bu gün insanlar bir-birlərinə acıqlıdırlar. Elə bil ki, insanı insan yaradıb, başa düşmürlər ki, hamımızı Allah yaradıb. Kasıbı da, varlını da, istedadlı, istedadsızı, savadlı, savadsızı da Allah yaradıb. Hamımızı o yaradıb. İnsan çətin vəziyyətə düşə bilər, heç kəs zəmanət verə bilməz ki, sabah başına pis iş gəlməyəcək. 

Sovet dövründə elə insanlar vardı ki, qaz vurub qazan doldururdular, amma bu gün həmin insanlar çox pis vəziyyətdədir. Heç kim bu günündən, sabahından və gələcəyindən sığortalanmayıb. Taleyi, qisməti yazan Allahdır. Elza da insandır, qadındır. O, başqa müğənnilər kimi hər gün toylara getmir, yaradıcı insandır, bəstəkardır. Düşünürəm ki, ehtiyacı olmasaydı, efirə çıxıb bunu dilə gətirməzdi”.

N. Qafarzadənin sözlərinə görə, efirə çıxıb yardım istəmək də cəsarət tələb edir:

“Ora çıxmaq üçün də cəsarət lazımdır. Heç vaxt “heç vaxt” demə deyiblər, amma düşünmürəm, efirdə bunu deyə bilərdim. İnsan o qədər çarəsiz, çıxılmaz vəziyyətdə qalmalıdır ki, ora çıxmağa üzü olsun. Deməli, bu insan çarəsiz qalıb, xalqından yardım istəyir. 

Əgər bir qadın həyasıza, abrına sığınıb, nəsə istəyirsə, onun üstünə getmək lazım deyil. Kömək edə biliriksə, edək, bilmiriksə, susaq! 

Mən Elza xanımı çox yaxşı başa düşürəm. Pandemiya hər birimizə çətinliklər yaratdı. Nəinki sənət adamları, dünyadakı milyonerlər belə buna görə çətinlik yaşadı. Ona görə istəməzdim ki, kiminsə üstünə bu qədər gedilsin. Yenə deyirəm, məcbur olmasaydı, efirə çıxmazdı. Heç kim evdə pulu sandıqda qala-qala ora çıxıb nəsə istəməz”. 

Müğənni sənət dostunu bu addımına görə qınayanlara da cavab verib:

“Elza Seyidcahanın üstünə gedənləri qınayıram. Hətta verilişdəki ekspertlər, tamaşaçılar da bunu edir. Adama deyərlər, bəs siz niyə çıxmısınız? Hər oxuyan məgər milyoner, imkanlı olur? Orda Elza xanıma deyirlər ki, qızıllarını taxıb gəlmisən, onları sat. Nə bilirsiniz taxdığı qızıldır, bəlkə bijuteriya? Bəlkə, kimdənsə borca götürüb ki, sənət adamıdır, gözəl görünsün. Niyə qəlb qırırsınız? Bir dəfə başınızı qaldırıb göyə baxın. Ay Allahdan, Qurandan, namazdan, orucdan danışan insanlar, nə oldu bu qədər qəddar oldunuz? Bəs Quran sahibindən utanmadınız? Elza da insandır. Nə edək vuraq, yıxaq, keçək üstündən, sonra da deyək Allah rəhmət eləsin, heyf bu sənətkardan, qədrini bilmədik.... Çox təəssüf edirəm! “Daş qəlbli insanları neylərdin, İlahi” deyib Mirzə Ələkbər Sabir. İnsanlar qəlbinə daş basıb”.

N. Qafarzadə həmkarına qarşı bu qədər tənqid və təhqirlərdən sonra ehtiyacı olsa belə, yardım istəmək üçün efirə addımını atmayacağını qeyd edib:

“Mənim də imkanım olmayan zamanlar olub, kömək istəməmişəm, bu cür xasiyyətdəyəm. Bu qürur deyil, düşüncəmdir. Çünki bilmişəm ki, istəsəm tamaşaçının qarşısında gülünc vəziyyətdə qalacağam. Əgər sabah nəyəsə ehtiyacım olsa, məcbur qalsam, efirə çıxmalı olsam, öncə başıma güllə çaxacam ki, Elzanın vəziyyətinə düşməyim, ona olan tənqidlər, təhqirlər, qınaqlar mənə də olmasın. Artıq bu bir dərs oldu mənə. Elza Seyidcahan sabah gedib intihar etsə, nə qazanacağıq?! Bir vətəndaşı, bir ananı itirəcəyik. Allah hər kəsin köməyi olsun...”

Əsmətxanım RZAZADƏ 

“Öncə başıma güllə çaxacam ki...” – Nadir Qafarzadə 

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!