İdmançı Kamil Zeynallı 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürən Qarabağ qazisi Kamil Musavi ilə bir araya gəlib.
Yenisabah.az xəbər verir ki, o, Salyandakı aksiya zamanı K. Musəvinin insanların qarşısında müraciəti zamanı qeyri-etik ifadələrə yol verməsinə münasibət bildirib:
“Dünən Salyanda aksiya zamanı bir söz işlədib. Nədir, bunu ucuz kampaniya kimi sosial şəbəkələrdə paylaşırlar ki, qazimiz hərbi hissə ilə camaatı səhv salıb. Nədir bu, kişi olun! O ucuz kampaniya aparanlar, əsgərlikdə olmayan, Vətənə yararsız olan insanlardır. Deyib, deyib də… Kiminsə əzizinin və yaxud da yaxının adını çəkib artıq söz deyib? Burada nə var ki? Bir də söz var, Çingiz Mustafayevin bir videokadrı var idi, o vaxt müharibədə geri çəkilirdilər, qaçırdılar, o da deyir ki, “Qorxaqsız, arvadsınız, kişi deyilsiniz!” Bax o ucuz kampaniya aparanlar, sizə aiddir o. Siz qorxaqsız, arvadsınız. Deyib, əccəb edib. Kişi olun, bir sözü ucuz tutub saqqız kimi dartmayın. Qorxmayın!”. Pepperoni pizza
Xatırladaq ki, dünən Qarabağ qazisi Kamil Musəvi ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanıb. Üz-üzə gələn namizədlər aqressivlik nümayiş etdiriblər. Daha sonra isə ətrafdan fit səsləri yüksəlib, onlar bir-birindən uzaqlaşıblar. Hadisədən sonra tərəfdarlarına dəstək olmağa çalışan K. Musəvi isə qeyri-etik ifadələrə yol verib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız