“Onların ağladığını görəndə təəccübləndim” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Onların ağladığını görəndə təəccübləndim” - Tramp

Siyasət

05 İyul 2026 10:42 238


ABŞ Prezidenti Donald Tramp İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edən insanların kütləvi şəkildə yas saxlamasına təəccübləndiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə Cənubi Dakota ştatında keçirilən tədbirdə çıxış edən Tramp bildirib ki, İran televiziyalarında yayımlanan dəfn mərasimini izləyərkən gözləmədiyi mənzərə ilə qarşılaşıb.

"İranlıların ağladığını görəndə təəccübləndim. Çünki insanların Xameneiyə nifrət etdiyini düşünürdüm", – deyə ABŞ prezidenti bildirib. pizza sifarişi

Tramp əlavə edib ki, Vaşinqton Tehranla bağlı qərarlar qəbul edərkən dəfn mərasiminin keçirilməsini də nəzərə alıb.

"Biz onlara dəfn mərasimi üçün bir həftə vaxt verdik, çünki biz yaxşı insanlarıq", – deyə o vurğulayıb.

Ayətullah Əli Xameneinin dəfn mərasimləri bir neçə gün davam edəcək və İranın müxtəlif şəhərlərində keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!