Orban Ukraynanı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Orban Ukraynanı hədələdi

Siyasət

21 Fevral 2026 19:31 598


Əgər Ukrayna “Drujba” neft boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməsə, Macarıstan elektrik enerjisi tədarükünü dayandıra bilər.

"Yeni Sabah" xəbər verir ki, bu bəyanatı Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərindəki mitinqdə etdiyi çıxışda verib.

Orban bildirib ki, Budapeştin hələ bir neçə aylıq neft ehtiyatı var, lakin buna baxmayaraq, tədarüklərin dayandırılması ilə bağlı Kiyevə qarşı cavab tədbirləri görüləcək. Toyuqlu pizza

“Bu çətindir. Əgər elektrik enerjisi tədarükünü dayandırsaq, xoşagəlməz hadisələr baş verə bilər. Hər halda, slovaklar bunu mümkün bir variant kimi qeyd ediblər. Buna görə də, biz hərəkətlərimizi slovaklarla koordinasiya edirik və əgər lazım gələrsə, bu addımı da atacağıq”, — Orban vurğulayıb.

Qeyd edək ki, bu gün Slovakiyanın Baş naziri Robert Fitso Kiyevin ölkəyə neft nəqlini bərpa etməyəcəyi təqdirdə fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracaqlarını bildirib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!