Orxan Nəzərli Baş İdarəyə rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Orxan Nəzərli Baş İdarəyə rəis təyin etdi

İqtisadiyyat

17 Sentyabr 2026 16:48 235


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Səfərəliyev Baş idarənin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl Baş İdarənin rəis müavini vəzifəsində çalışıb və ötən ilin noyabrından rəis vəzifəsini müvəqqəti icra edib. Pepperoni pizza

Bundan əlavə, müvafiq əmrlə Elçin Allahverdiyev isə İqtisadi təhlil idarəsinin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl həmin idarənin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!