Övladınız bu yaşa qədər danışmırsa... -   Həkimlərdən ciddi xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Övladınız bu yaşa qədər danışmırsa... - Həkimlərdən ciddi xəbərdarlıq

Sosial

16 Sentyabr 2026 17:31 95


Uşaqlarda nitq inkişafının gecikməsi bəzi hallarda eşitmə problemi və digər inkişaf xüsusiyyətləri ilə bağlı ola bilər.

"Yeni Sabah" xəbər verir ki, həkimlər uşaqlarda nitqin yaşa uyğun inkişafının vacib olduğunu bildirirlər.

Həkimlərin sözlərinə görə, nitq uşaqların əqli inkişafının əsas göstəricilərindən biridir. Uşaqlarda ekspressiv və reseptiv olmaqla iki nitq formalaşır. Ekspressiv nitq uşağın öz istəklərini və fikirlərini ifadə etməsi, reseptiv nitq isə deyilənləri anlamasıdır. Toyuqlu pizza

Bildirilib ki, uşaq bir yaşında məna ifadə edən ən azı bir neçə sadə söz deməli, eyni zamanda “gəl”, “al”, “dayan”, “oyna” kimi hərəkət bildirən sözləri və bəzi əşyaların adlarını anlamalıdır.

İki yaşına yaxın uşaqlar artıq bir neçə söz bilməli, istəklərini söz və jestlərlə ifadə etməli, iki sözdən ibarət sadə cümlələr qurmalıdır. Üç yaşında isə uşaqlar daha mürəkkəb cümlələr qurmalı, baş verənləri və qısa hadisələri ifadə edə bilməlidirlər.

Həkimlər qeyd edirlər ki, uşaq yaşına uyğun şəkildə danışmır və fikrini ifadə edə bilmirsə, ilk növbədə onun eşitmə qabiliyyəti yoxlanılmalıdır. Uşağın eşitməsində problem olmadığı halda, üç yaşına qədər nitq inkişafı baş vermirsə, nevropatoloq və psixiatr tərəfindən müayinə aparılması, inkişaf xüsusiyyətlərinin, o cümlədən autizm spektrinin olub-olmamasının qiymətləndirilməsi vacibdir.

Uşağın kimlərlə ünsiyyətdə olması da nitq inkişafına təsir edən əsas amillərdən biri hesab olunur. Həkimlərin sözlərinə görə, uşaqların bəzi səsləri düzgün tələffüz etməməsi üç-dörd yaşa qədər normal qəbul edilə bilər. Lakin bu problem məktəb yaşına qədər davam edərsə, loqopedə müraciət olunmalıdır.

Nitq qüsurlarına səbəb olan amillər arasında ağız boşluğunda olan bəzi anatomik qüsurların da yer aldığı bildirilib.

Həkimlər valideynlərə uşaqları yedizdirərkən və digər vaxtlarda telefon, planşet və digər texnoloji vasitələrdən istifadə etdirməməyə çağırıblar. Bunun əvəzinə uşaqlara rəngli şəkilləri, heyvanları, quşları və təbiəti əks etdirən kitabların verilməsi tövsiyə olunur.

Valideynlərin kitabdakı şəkilləri uşağa göstərərək onların adlarını səsləndirməsi və həmin sözləri təkrarlaması uşağın söz ehtiyatının formalaşmasına kömək edir.

Həkimlər bildirirlər ki, uşağın inkişaf mərhələlərinin düzgün getməsi onun məktəbə başladıqda dərsləri qavramasına və fikirlərini daha düzgün ifadə etməsinə müsbət təsir göstərir. Nitq qüsurlarının aradan qaldırılmasında loqoped və psixoloqların iştirakı ilə müalicə aparıla bilər. Daha irəliləmiş yaşlarda davam edən nitq geriləmələri və digər problemlər zamanı isə həkim nəzarəti ilə əlavə müalicə üsullarından istifadə edilə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!