Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı belə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı belə təbrik etdi

Siyasət

26 Avqust 2026 17:29 571


Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, Ziroat Mirziyoyeva təbrik məktubunda Mehriban Əliyevaya ən səmimi arzularını çatdırıb.

O, Mehriban Əliyeva ilə yaxın dostluğunu və səmimi münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. pizza sifarişi

Ziroat Mirziyoyeva Mehriban Əliyevanın ictimai və dövlət həyatındakı çoxşaxəli fəaliyyətinin təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazandığını qeyd edib.

“Zərif qadın incəliyini və sarsılmaz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi, dövrümüzün layiqli və ruhlandırıcı qadınının parlaq nümunəsidir”, - deyə təbrikdə vurğulanıb.

Özbəkistanın birinci xanımı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri çərçivəsində Mehriban Əliyeva ilə bu yaxınlarda baş tutan görüşü və Buxarada birlikdə keçirdikləri vaxtı da xatırlayıb.

O, uzun illər ərzində əsl bacı yaxınlığına əsaslanan münasibətlərin övladlar, hazırda isə nəvələr arasında da davam etməsindən məmnunluğunu ifadə edib.

Ziroat Mirziyoyeva Azərbaycan və Özbəkistan arasında əlaqələrin, eləcə də iki qardaş xalqın dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Təbrikin sonunda Mehriban Əliyevaya möhkəm cansağlığı, ailə səadəti, rifah və firavanlıq arzulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!