Rusiya sərhədçiləri Ermənistandan çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sərhədçiləri Ermənistandan çıxarılacaq

Siyasət

27 Noyabr 2026 00:33 48


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin ölkədəki fəaliyyətinin dayandırılacağını açıqlayıb.

Ermənistan hökumət başçısı bu barədə brifinq zamanı danışıb.

Paşinyan bildirib ki, Rusiya sərhədçiləri uzun illər Ermənistanın sərhədlərinin mühafizəsində iştirak ediblər, lakin qarşıdakı illərdə sərhədlərin təhlükəsizliyinə görə məsuliyyətin tamamilə Ermənistanın üzərinə götürülməsinin vaxtı çatıb. Onlayn mağaza

“Bu müddət ərzində Ermənistanın sərhədlərində xidmət etdiklərinə görə Rusiya sərhədçilərinə minnətdarıq. Lakin hesab edirəm ki, qarşıdakı illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyin vaxtı çatıb”, – deyə o vurğulayıb.

Paşinyan noyabrın 2-də parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı dinləmələrdə də bu məsələyə toxunub. O bildirib ki, Ermənistan dövlət sərhədlərinə nəzarəti tədricən öz Sərhəd Xidmətinə təhvil vermək niyyətindədir.

Baş nazirin sözlərinə görə, bu proses Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasına hazırlıq çərçivəsində həyata keçirilən sərhəd xidmətinin islahatı ilə əlaqədardır.

Qeyd edək ki, Rusiya sərhəd xidməti 1992-ci ildən dövlətlərarası müqavilə əsasında Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində iştirak edir. 2025-ci il yanvarın 1-dən Ermənistan və Rusiya sərhədçiləri bu istiqamətlərdə birgə xidmət aparırlar. Hazırda Ermənistanın bütün sərhəd-keçid məntəqələrinə ölkənin öz sərhədçiləri nəzarət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!