Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto

Sosial

27 Noyabr 2026 08:38 175


Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.

"Yeni Sabah" Oxu.a-a istinadla xəbər verir ki, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub.

Qeyd edək ki, Famil Teymurov 2012-ci ildən şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb. Sərfəli qiymətə məhsullar

O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanıb, 2017-2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan əlavə, beş il müddətində Asxanakəran kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!