Özcən Dəniz illər sonra etiraf etdi: “Qadınlardan qorxmuşam”

saytların hazırlanması

Evə çatdırılma

Özcən Dəniz illər sonra etiraf etdi: “Qadınlardan qorxmuşam”

Şou

21 Sentyabr 2026 10:02 76


Özcan Deniz illər əvvəl yazdığı mahnılardan biri ilə bağlı gözlənilməz etiraf edib.

Məşhur müğənni Özcən Dəniz ötən gün Kiprin Girne şəhərində pərəstişkarları ilə görüşüb. Səhnədə tamaşaçılarla söhbət edən sənətçi həm yaradıcılığı, həm də illər əvvəl yaşadığı tərəddüd barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Kalp Yarası” mahnısının sözlərinə görə qadınların ona qarşı çıxacağından qorxduğunu deyib. “Mahnını yazanda əslində qorxdum. Sözlərinə görə qadınlar məni qınayar deyə düşündüm. Amma Sezen Aksu məni razı saldı. Qadınlar da mahnını sevib qəbul etdilər”, - deyə Özcən Dəniz bildirib. 35 illik sənət fəaliyyətindən də danışan müğənni bu dövrün onun üçün olduqca dolğun keçdiyini vurğulayıb. Marqarita pizza

“Nə filmlər, nə seriallar, nə mahnılar... 35 il çox dolu keçdi. Heç bir anı boş keçirmədik. Şükür, işi də yarımçıq qoymadıq. Həmişə meydanda olduq”, - deyə o qeyd edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!