Özəl bağçalarda uşaqlar üçün yeni imkan - Valideynlərə şad xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Özəl bağçalarda uşaqlar üçün yeni imkan - Valideynlərə şad xəbər var

Sosial

09 Sentyabr 2026 17:04 72


Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.

"Yeni Sabah" xəbər verir ki, valideynlər övladlarını “mygov” platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan 25 sentyabr saat 15:00-dək elektron qaydada qeydiyyatdan keçirə bilərlər.

Qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə bununla bağlı məlumatlandırıcı videoçarx da təqdim edilib. pizza

Bildirilib ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək, valideynlər üçün əlavə seçim imkanları yaratmaq, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığı artırmaq və dövlət-özəl əməkdaşlığını inkişaf etdirməkdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!