Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcək?

saytların hazırlanması

Evə çatdırılma

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcək?

Sosial

25 Noyabr 2021 13:46 668


"Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

İdris İsayev xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir: Sezar pizza

"Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!