Pakistanda 15 yaraqlı zərərsizləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda 15 yaraqlı zərərsizləşdirildi

Dünya

09 Avqust 2026 22:52 69


Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin müxtəlif rayonlarında keçirilən bir neçə əməliyyat zamanı 15 terrorçunu zərərsizləşdirib.

 "Yeni Sabah" xəbər verir ki, bu barədə "Pakistan TV" məlumat yayıb.

Məlumata görə, Mastunq, Bolan, Vaşuk, Avaran, Sibi, Xuzdar, Harnai və Nuşkidə kəşfiyyat əməliyyatları zamanı çoxlu sayda silah və sursat da ələ keçirilib. pizza mizza

Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində son əməliyyatlar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda keçirilir.

Ötən ay Pakistan Silahlı Qüvvələrinin Mətbuat xidməti qoşunların Xeybər-Paxtunxva və Bəlucistanda keçirilən əməliyyatlar zamanı 24 saat ərzində 32 terrorçunu məhv etdiyini açıqlayıb.//Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!