Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.
Yenisabah.az-ın məlumatına görə, birləşdirilən İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov təyin edilib.
M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub. Marqarita pizza
Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim təyin olunub.
Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib. Rəşid İbrahimovu bu vəzifədə Protokol sektorunun müdiri İlkin Məmmədov əvəzləyib./APA
Telegram kanalımız