Partlayışda ölən həkim dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda ölən həkim dəfn olundu

Hadisə

06 May 2026 15:31 151


Milli Onkologiya Mərkəzində törədilən partlayışda aldığı ağır xəsarət nəticəsində vəfat edən həkim-radioloq Asif Nəsirli dəfn olunub.

“Yeni Sabah” xəbər verir ki, mərhum doğulduğu Göyçay rayonu, Qaraxıdırlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasiminə dövlət rəsmiləri, A.Nəsirlinin iş yoldaşları, ailə üzvləri və yaxınları qatılıblar. pizza hut

Qeyd edək ki, aprelin 30-da onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəstəxananın Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli isə ağır yaralanmışdı. Həkim ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!