Paşinyan Azərbaycanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycanı təbrik etdi

Siyasət

10 Oktyabr 2025 14:54 16106


Təsdiqlənmiş sülh Ermənistan-Azərbaycan gündəliyindəki bütün məsələlərin həll olunduğu demək deyil.

“Yeni Sabah” Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində deyib.

“Hələ qarşılıqlı ticari, iqtisadi, siyasi və mədəni əlaqələri möhkəmləndirməli, humanitar məsələləri həll etməliyik. Bu isə uzunmüddətli düşmənçilik tarixini nəzərə alsaq, asan iş deyil. Amma təsdiqlənmiş sülh bizə əminlik verir ki, bu məsələlər mərhələli şəkildə həll olunacaq. Dördpendirli pizza

Sülhün təsdiqlənməsi münasibətilə mən təbrik edirəm yalnız Ermənistanı və Azərbaycanı deyil, həm də bütün MDB üzv dövlətlərini, çünki bilirəm ki, siz hamınız bunu çox istəyirdiniz və bu baş verdi. Sülh indi reallıqdır. Bu münasibətlə hamımızı təbrik edirəm və bu müddət ərzində göstərilən dəstəyə görə MDB həmkarlarıma təşəkkürümü bildirirəm”, - baş nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!