Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin Azərbaycana qaytarılıb-qaytarılmayacağı ilə bağlı sualı cavabsız qoyub.
“Yeni Sabah” News.am-a istinadla bildirir ki, jurnalistlər hökumət başçısından Azərbaycan hərbçisinin Azərbaycana təhvil verilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyini soruşublar.
Paşinyan isə suala konkret cavab verməyib və yalnız “Cümə axşamı brifinqimiz var” deyə bildirib. Sərfəli qiymətə məhsullar
Jurnalistlər qərarın artıq qəbul olunub-olunmadığını dəqiqləşdirməyə çalışsalar da, Ermənistanın baş naziri əlavə açıqlama vermədən ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat oktyabrın 1-də yayılıb. Ermənistanın İstintaq Komitəsi onun sentyabrın 26-da hərbi hissəni özbaşına tərk etdiyini və daha sonra Ermənistan ərazisinə keçdiyini iddia edib.
Oktyabrın 2-də isə Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.
Telegram kanalımız