Paşinyan gecə klubundan   VİDEO YAYDI

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan gecə klubundan VİDEO YAYDI

Dünya

26 Dekabr 2025 10:45 1105


Nikol Paşinyan növbəti videosu ilə dilə-ağıza düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu dəfə “nəşəli oğlan” divarında 8 guşəli ulduz olan gecə klubunda peyda olub.

Ermənistan Baş nazirinin musiqi dinləyə-dinləyə əlini dizinə vurduğu görüntülər onun həyatdan həzz almasına dair ilk sübut deyil. Bundan əvvəl də Nikol Paşinyanın sosial şəbəkədəki daimi izləyiciləri dazbaş, orta yaşlı kişinin oturub erməni şansonu və xalq mahnılarına, Adel, Con Lennon, fransız və rus repinə, DDT qrupuna, barokko musiqisinə, Vısotskinin qaraçı romanslarına, Zemfiraya qulaq asdığına dair videolar görüblər. Marqarita pizza

Noyabr ayında rusiyalı marketoloq Yeqor Bolkonski bildirib ki, Paşinyanın qəribə videolarının arxasında dünyanın ən böyük PR agentliklərindən biri olan, Nyu-Yorkda yerləşən “Edelman” şirkəti dayanır.

Dərya Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!