Paşinyan hökuməti Cinayət Məcəlləsini sərtləşdirir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan hökuməti Cinayət Məcəlləsini sərtləşdirir

Rəsmi

29 Dekabr 2022 13:14 851


Ermənistan hökuməti bu gün keçirilən iclasda Cinayət Məcəlləsinə respublikanın suverenliyindən imtina ilə bağlı hərəkətləri cinayət hesab edən dəyişiklik layihəsini qəbul edib.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə ədliyyə naziri Qriqor Minasyan danışıb.

O bildirib ki, suverenlikdən imtinaya yönəlmiş hərəkətlər 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır, suverenlikdən imtinaya çağırışlar isə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dominos pizza

“Müraciətlər KİV və ya digər informasiya vasitələri ilə aparılarsa, o zaman iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”, - deyə Minasyan qeyd edib.

Sənəd təsdiq olunmaq üçün parlamentə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!