Ermənistan və Amerika Birləşmiş Ştatları arasında TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsi hökumətin sabahkı iclasının gündəliyinə daxil edilib.
“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, sazişin ratifikasiyası haqqında qanun layihəsinin təsdiqləməsi təklif olunur.
Çərçivə sazişi 1 iyun 2026-cı ildə Vaşinqtonda və 4 iyun 2026-cı ildə İrəvanda imzalanıb. pizza mizza
Hökumətin qətnamə layihəsində sazişdə təsbit olunmuş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsi sazişdə təsbit olunmuş öhdəliklərin Konstitusiyaya uyğun olduğunu tanıyarsa, hökumətin qanunvericilik təşəbbüsü müəyyən edilmiş qaydada Milli Məclisə təqdim ediləcək.
Xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin Konstitusiya Məhkəməsindəki nümayəndəsi təyin ediləcək.
Layihənin əsaslandırılmasına görə, qanunun qəbul edilməsi Ermənistan və ABŞ arasında TRIPP-də strateji əməkdaşlıq haqqında çərçivə sazişinin qüvvəyə minməsi üçün zəruri prosedurları təmin edəcək. Qanun layihəsini Ermənistan Xarici İşlər Nazirliyi hazırlayıb və hökumətin ABŞ ilə münasibətlərin hərtərəfli inkişafına dair prioritetlərindən irəli gəlir.
Telegram kanalımız