Paşinyan İlham Əliyevin qərarını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan İlham Əliyevin qərarını alqışladı

Siyasət

11 Dekabr 2025 19:14 1256


"Cənubi Qafqazda kommunikasiyaların açılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əlaqələri gücləndirəcək".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.

"Qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər", - deyə o qeyd edib. Marqarita pizza

Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlayıb.

"Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında mühüm nailiyyətlərdən biridir", - o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!