Paşinyan: Qarabağ, Girdman, Şirvan, Naxçıvan...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Qarabağ, Girdman, Şirvan, Naxçıvan...

Dünya

14 Oktyabr 2026 10:07 282


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bunu o, sosial şəbəkələrdə canlı yayım zamanı deyib.

Paşinyanın sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kv/km olmalıdır: "Sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalı, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır". Pepperoni pizza

Baş nazir qeyd edib ki, TRİPP layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: "Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır".

Ermənistan hökumət başçısının sözlərinə görə, Türkmənistanda Prezident İlham Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülhün məhz bu formada təmin edilməsi imkanı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!