Paşinyan Vatikanda Roma Papası ilə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Vatikanda Roma Papası ilə görüşəcək

Siyasət

18 Oktyabr 2025 21:33 195


Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikanda işgüzar səfərdə olacaq.

"Report"un Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Məlumata görə, oktyabrın 19-da Paşinyan arxiyepiskop İqnatiya Maloyanın və daha altı nüfuzlu müqəddəsin müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya (ölən şəxsin rəsmi olaraq müqəddəs kimi tanındığı və adının müqəddəslər siyahısına əlavə edildiyi rəsmi kilsə tədbiri -red) mərasimində iştirak edəcək. pizza sifarişi

Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Roma Papası, eləcə də Vatikanın dövlət katibi kardinal Pyetro Parolinlə görüşü nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!