Bu gün onlarla insan Ermənistanın Moskvadakı səfirliyi qarşısında Nikol Paşinyanın hərəkətlərinə etiraz olaraq aksiya keçirib.
Yenisabah.az SHOT-a istinadla xəbər verir ki, bu, Ermənistan hakimiyyəti arxiyepiskop Mikael Acapaxyanı dövlət çevrilişinə çağırışda təqsirli bildikdən sonra baş verib.
Etirazçılar əllərində “Kilsə müxalifət deyil, ruhdur”, “Əllərinizi müqəddəsdən çəkin!” sözləri yazılmış lövhələr tutublar. Etirazçılar Ermənistan hakimiyyətindən Acapaxyanı azad etməyi tələb ediblər. Sezar pizza
Bir gün əvvəl Ermənistan məhkəməsi arxiyepiskop Mikael Ajapaxyanı dövlət çevrilişinə çağırışda təqsirli bilib. O, hazırda həbsdədir və ruhanini 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Bundan əvvəl Paşinyan açıq şəkildə bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edərək istefa verməsini tələb edib.
Telegram kanalımız