Patruşev Tehranda ilk rəsmi görüşünü keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Patruşev Tehranda ilk rəsmi görüşünü keçirdi

Dünya

09 Noyabr 2022 14:43 838


Tehrana səfər edən Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxani ilə görüşüb.

Yenisabah.az "Noor News"a istinadla xəbər verir ki, görüş zamanı regional və qlobal mövzular müzakirə olunub.

Şəmxani iki ölkə arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət, bankçılıq və ətraf mühit sahələrində əməkdaşlıq prosesinin gücləndirilməsinin vacib olduğunu qeyd edib. Marqarita pizza

O, Ukrayna böhranına toxunaraq deyib: "Tehran Rusiya və Ukrayna arasında dialoq əsasında atəşkəs və sülhə gətirib çıxaran istənilən təşəbbüsü alqışlayır və dəstəkləyir, həmçinin müharibənin sona çatmasında vasitəçi rolu oynamağa hazırdır".

Şura katibi sanksiyalara qarşı birgə təsisatların yaradılmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev strateji əməkdaşlıq üçün yol xəritəsinin müəyyən edilməsinə toxunub: "Tehrana səfərimin ən mühüm məqsədi fikir mübadiləsi aparmaqdır. Birgə layihələrin həyata keçirilməsini sürətləndirməliyik".

N. Patruşev Şimal-Cənub Nəqliyyat Dəhlizinin sürətlə başa çatdırılması üçün effektiv addımlara çağırış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!