Paytaxtda sürücülərin NƏZƏRİNƏ!   - Yol bağlandı, sıxlıq yarandı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda sürücülərin NƏZƏRİNƏ! - Yol bağlandı, sıxlıq yarandı

Sosial

10 Sentyabr 2026 21:14 307


Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid"nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir. Toyuqlu pizza

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!