Paytaxtdakı körpü niyə çöküb?   - “İnşasında nöqsana yol verilib”

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtdakı körpü niyə çöküb? - “İnşasında nöqsana yol verilib”

Sosial

13 Dekabr 2023 12:53 3658


Bakıda körpü çöküb. Belə ki, Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətindəvə “Qələbə” dairəsində sıxlıq yaranıb.

Tez-tez hava şəraiti ilə əlaqəli paytaxt yollarında   sıxlıq, subasma və çökmə halları müşahidə edilir.

Bəs bu kimi hallar niyə baş verir? Bunun qarşısını almaq mümkündürmü? Dördpendirli pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, çökən körpü daim təzyiq altında olub və baş verən bədbəxt hadisə gözlənilən idi:

“Bu kimi neqativ halların yaşanmaması üçün mütəmadi olaraq monitorinqlər aparılmalıdır, nəzarət mexanizmləri olmalıdır. Əsaslı təmir, cari təmir bu və ya digər formada mütləq aparılmalıdır. Monitorinq aparılmadıqda bu cür xoşagəlməz hallar baş verə bilər. Tikintidə hər hansı çatlar ola bilər, bir hissəsi qopa da bilər, burada qəbahət yoxdur, çünki uzun illərin tikintisidir. Belə şeylər ola bilər, daimi, ömürlük olan heç bir tikinti yoxdur. 

Bundan əlavə, çökən körpü böyük təzyiq altında olub, həmin körpüdə daimi olaraq tıxac var və yüklənmədədir. Hətta tez-tez yük maşınları da həmin yoldan istifadə edir. Ona görə çökmə gözlənilən idi. Lakin monitorinq aparmaq, 6 aylıq, 1 illik əsaslı təmir aparmaq, körpünü nəzarətdə saxlamaq lazım idi”.

Ekspert bildirib ki, bu kimi halların baş verməsində sürücülərin hər hansı günahı yoxdur. Onlar sadəcə ara məsafəsini saxlamağa cavabdehdir:

“Bu halda sürücülərin üzərinə hər hansı məsuliyyət qoymaq olmaz. Burada sürücülük bir şey yoxdur. Onlar sadəcə ara məsafəsini saxlamalıdır. Burada məsələ konkret olaraq yolun özündən və onun keyfiyyətindən asılıdır. Buna sürücü heç nə edə bilməz. Sürücü körpünün üzəri ilə gedərkən qəfildən uçursa, bunda məsuliyyət  daşıya bilməz. Ən yaxşı halda deyəcəklər ki, alın yazısı belə imiş, taleyi belə gətirdi, öldü, yazıq. Başqa heç nə etmək olmaz. 

Aidiyyəti orqanlar əlavə yüklənmiş yol ötürücülərdə, körpülərdə mütəmadi olaraq monitorinq aparmalıdır. Yalnız bununla belə halların qarşısını ala bilərik. Başlıca məsələ tez-tez yoxlamaların aparılmasıdır. Bunun üçün xüsusi çevik qruplar var”.

A.Əsədovun sözlərinə görə, çökən körpünün inşasında müəyyən nöqsanlar var:

“Şəkildən baxanda da görünür ki, körpünün inşasında nöqsana yol verilib. Belə ki, körpünün çökən hissəsi amortizasiyaya uğrayan hissədir. Orada daim yüklənmə olduğu üçün elastik bir səth olmalıdır, həmin yerə asfalt vurulmamalı idi. Sanki insanın qolu sınıb və həkim qolu oynaqdan gipsləyir. Belə etmək olmaz. Körpü inşasında da bu nəzərə alınmalı idi, bunun üçün mühəndis olmağa gərək yoxdur. Körpünün ağırlığını daşıya biləcək hissə var, onu nəzərə alıb həmin yeri elastik materialdan tikməli idilər”.

Əsmətxanım Rzazadə   

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azerbycanla pulu yeyib dagidirlar
    Azerbycanda pulu yeyib dagidillar
    2 years ago
  • Azerbycanla pulu yeyib dagidirlar
    Azerbycanda pulu yeyib dagidillar
    2 years ago
  • Ülviyyə İsgəndərova
    İlham Əliyev dövlət fondundan pul ayırır yol çəkilişinə, körpü salınmasına. Amma nəticə bu; körpü çökür, sonrada dağılacaq. Pul boş yerə sərf olunur. Amma mənim kimi kasıblara pensiya verilmir. Prezident seçkisində iştirak etməyəcəyəm. 055 992 55 79 Ülviyyə İsgəndərova
    2 years ago