Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sosial

16 İyul 2026 23:12 34


Sabah paytaxtın bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 17 iyul 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq. Marqarita pizza

Məhdudiyyətlər Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarını, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsini, Xutor qəsəbəsini və Vorovski yaşayış massivini, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan Qadını küçələrini əhatə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!