Pələng koronavirusa yoluxdu  – Karantinə alındı
06 Apr 2020 11:33
182

Pələng koronavirusa yoluxdu – Karantinə alındı

Nyu Yorkda fəaliyyət göstərən “Bronx” zooparkında bir pələng koronavirusa yoluxub.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Nadia adlı pələngin koronavirus testinin nəticəsi müsbət çıxıb. Malaziya növünə aid olan heyvanın 4 yaşı var.

Virusa yoluxan pələngin karantinə alındığı bildirilir. Məlumatda qeyd olunur ki, Nadia adlı pələngdən başqa zooparkda heç bir heyvanda koronavirus infeksiyası aşkarlanmayıb.

 

Oxşar xəbərlər