Pənah Hüseyndən çağırış: Prezidentə müraciət edək!

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseyndən çağırış: Prezidentə müraciət edək!

Siyasət

08 Avqust 2024 10:28 724


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn parlament seçkilərində namizədliyini irəli sürmüş həmkarlarına çağırış edib. 

Modern.az xəbər verir ki, onun müraciəti Prezident İlham Əliyevə müraciət etməklə bağlı olub. 

"Sabahdan seçkilərin təbliğat-təşviqat kampaniyasının başlanmasını nəzərə alaraq təklif edirəm ki, İTV və ya AzTV efirlərində siyasi partiyalar arasında seçki ilə bağlı debatların keçirilməsi üçün ödənişsiz efir vaxtının ayrılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edək. Bunu TV idarə orqanlarının qərarı ilə də etmək olar. 2010-cu il seçkilərinin təcrübəsi göstərir ki, belə debatlar ən reytinqli verlişlər olur".  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!