Sosial şəbəkələrdə qoyun otardığı zaman ifa etdiyi mahnı ilə tanınan, daha sonra səs yazıları ilə geniş auditoriya qazanan müğənni Pərvin Səfərov Azərbaycandan gedib.
Bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib. O bildirib ki, Rusiyada yaşamağa qərar verib.
"Ətrafımdakı insanlardan da, səsə və sənətə dəyər verməyən münasibətdən də incidim. Azərbaycanda əsl musiqiyə və sənətə kifayət qədər qiymət verilmir. Düşünürdüm ki, zaman keçdikcə hər şey düzələr, amma əksinə, vəziyyət daha da pisləşir". pizza
Müğənni Moskvada uzun müddət qalmağı planlaşdırdığını da bildirib:
"Görək vəziyyət necə olacaq. Moskvada geniş çevrəm var. Orada sənətimə və səsimə dəyər verən insanlar var. Bundan sonrasını zamanın ixtiyarına buraxmışam”.
Telegram kanalımız