Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edildi
13 Yan 2020 17:07
310

Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edildi

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, Lahor Ali Məhkəməsi keçmiş prezident barəsində çıxarılan ölüm hökmünü qeyri-konstitusional elan edərək ləğv edib.

Xatırladaq ki, 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb. Ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə P. Müşərrəf barəsində edam hökmü çıxarılıb.

P. Müşərrəf Pakistanın 12-ci prezidenti olub və 2001-2008-ci illərdə ölkəyə rəhbərlik edib. 

Oxşar xəbərlər