Pərviz Müşərrəf dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Pərviz Müşərrəf dəfn olundu

Dünya

08 Fevral 2023 13:48 681


Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf doğulduğu liman şəhəri Karaçidə torpağa tapşırılıb.

Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, Müşərrəfin cənazəsi Birləşmiş Ərəb Əmirliklərindən xüsusi təyyarə ilə Pakistana aparılıb.

Eks-prezidentin ailəsi və qohumları, yüksək rütbəli siyasətçilər, təqaüddə olan və xidmətdə olan hərbçilər də daxil olmaqla, 2500-ə yaxın şəxs yas mərasimində iştirak edib. Sezar pizza

Dəfn mərasiminə Şahbaz Şərifin partiyasının yüksək səviyyəli liderlərindən biri, baş nazir Əmir Moqam da qatılıb. Bu mərasimdə Ordunun Birləşmiş Qərargah Komitəsinin sədri general Soheyr Şəmşad Mirzə və ordunun keçmiş komandanı Qəmər Cavid Bacva da iştirak edib.

Müşərrəfin tabutu hörmət əlaməti olaraq dövlət bayrağına bükülüb, lakin bu, dövlətin dəfn mərasimi sayılmayıb.

P. Müşərrəf 2008-ci ildə keçmiş prezident Asif Əli Zərdarinin partiyası olan Pakistan Xalq Partiyası parlament seçkilərində onun uzun müddətdir siyasi müttəfiqlərini məğlub edəndə hakimiyyəti itirib. Zərdari daha sonra onu istefaya getməyə məcbur edib. Yeni hökumət Müşərrəf qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işinin icraatına başlayıb, lakin ona 2016-cı ildə müalicə üçün BƏƏ-də Dubaya getmək iznmi verilib.

Müşərrəf 2019-cu ildə vətənə xəyanətdə təqsirli bilinərək edam cəzasına məhkum edildikdən sonra Dubayda qalıb, baxmayaraq ki, ölüm hökmü daha sonra başqa bir məhkəmə tərəfindən ləğv edilib. Bununla belə, baş nazir Şərifin hökuməti keçən il elan etmişdi ki, Müşərrəf ailəsi onu vətənə qaytarmaq istəsə, həbs edilməyəcək. Lakin Müşərrəfin həkimləri və ailəsi Pakistanda onun üçün kifayət qədər tibbi müalicənin olmadığını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!