Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək?

Sosial

30 İyul 2026 07:55 107


"Peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququnda dəyişiklik nəzərdə tutulmur".

“Yeni Sabah” “AzEdu.az”a istinadla xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda ümumi təhsil bazasından peşə təhsili müəssisələrinə qəbul olunan və 20 yaşadək olan şəxslər hərbi xidmətdən möhlət hüququndan istifadə edirlər. pizza

Direktor bildirib ki, digər təhsil bazalarından və fərqli kateqoriyalar üzrə qəbul olunan şəxslərlə bağlı mövcud qaydalarda hər hansı dəyişiklik nəzərdə tutulmur.

"Hazırda qüvvədə olan qaydalar tətbiq edilir. Gələcəkdə bu məsələ ilə bağlı zərurət yaranarsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıla bilər. Lakin hazırda bununla bağlı hər hansı dəyişiklik gündəmdə deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!