Pezeşkian istefa verəcək?

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian istefa verəcək?

Dünya

04 Avqust 2026 23:08 132


İran Prezidenti Məsud Pezeşkian onun istefası barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını və vəzifəsinin icrasını davam etdirəcəyini bəyan edib.

"Yeni Sabah" IRNA dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, siyasətçinin müvafiq bəyanatı əhaliyə videomüraciətində səsləndirilib.

"Əgər istefa versəm, bunu ictimaiyyətə açıqlayacağam. Mən istefa verməyəcəyəm, mübarizə aparacağam", - deyə İran lideri getməsi haqqında şayiələri şərh edərkən vurğulayıb. Dördpendirli pizza

Dövlət başçısı, həmçinin İranın Ali Rəhbəri Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib edərək, hərbi rəhbərliklə tam koordinasiyalı şəkildə işlədiyini bildirib.

"Hər kəsə məlumdur ki, hər hansı mübahisə yaranacağı təqdirdə Silahlı Qüvvələr onun deyil, ali rəhbərin tərəfində olacaq", - deyə Pezeşkian bildirib.

Prezident qeyd edib ki, bəzi dairələr qəsdən ölkənin ali rəhbərliyi arasında münaqişə təəssüratı yaratmağa çalışırlar, lakin bu cür iddialar yalandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!