Polşa qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın "İl-20" kəşfiyyat təyyarəsinin qarşısını alıblar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış brifinq zamanı bildirib.
"Növbətçilik zamanı iki qırıcımız Polşanın hava məkanına daxil olmağa cəhd edən Rusiya kəşfiyyat təyyarəsinin qarşısını alıb. Təyyarə ilə əlaqə yaradıldıqdan və hava məkanını tərk etmək zərurəti barədə siqnallar alındıqdan sonra təyyarə Rusiyaya doğru hərəkət edib. Bu, hava hücumundan müdafiə sistemlərimizi aşkar etmək məqsədilə uzun müddətdən sonra Rusiyanın dəniz sərhədimizə yaxınlaşmaq üçün etdiyi ilk cəhddir", – o deyib. pizza hut
Radiostansiyanın məlumatına görə, 2026-cı il aprelin 8-i Polşa Hərbi Hava Qüvvələrinin iki "F-16" qırıcı təyyarəsi Baltik dənizi üzərində kəşfiyyat missiyası yerinə yetirən Rusiyanın "İl-20" təyyarəsinin qarşısını uğurla alıb, vizual olaraq identifikasiya edib və müşayiət edib. Daha sonra, 2026-cı il aprelin 24-ü Polşanın "F-16" qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın iki "Su-30" təyyarəsinin qarşısını alıb./Report
Telegram kanalımız