Polşa Rusiyaya nota verdi

saytların hazırlanması

Evə çatdırılma

Polşa Rusiyaya nota verdi

Dünya

16 Noyabr 2022 13:06 849


Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqindəki partlayışa görə Rusiya səfiri Sergey Andreevə nota verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Polşa XİN-in mətbuat katibi Lukaş Jasina bildirib.

"Nazir Zbiqnev Rau səfirə mövcud vəziyyəti və məsələyə münasibətimizi təsvir edən diplomatik notanı təqdim etdi. Səfir notanı götürərək Xarici İşlər Nazirliyindən ayrıldı", - Jasina deyib. Marqarita pizza

Onun sözlərinə görə, Rusiya səfiri XİN-də cəmi 4 dəqiqə olub və ona ölkənin etirazı çatdırılıb.

Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!