Populyar müğənnilər bir arada

Populyar müğənnilər bir arada
İyun 11, 2019
Oxunma sayı: 91

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində bir sıra maraqlı məqamları ilə yadda qalan  möhtəşəm konsert proqramı keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər Azərbaycanlı üçün  çox əzizdir.  

Aparıcılar Leyla Quliyeva və Tural Əsədovun idarə etdiyi bayram konsertində xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zulfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə, o cümlədən populyar müğənnilər Zamiq Hüseynov, Elşad Xose, Sevda Yahyayeva, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov,  Fidan Hüseynova, Mirələm Mirələmov  çıxış edib. 

Konsert proqramının sonunda Fire Land Productionun yeni ərsəyə gətirdiyi “Azərbaycan” layihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdimatı ilə nümayiş olanan mahnın sözləri   Cəlal Qurbanova və musiqisi bəstəkar Rauf Məmmədova aid olub.  Zalda əyləşən tamaşaçılar da "Azərbaycan” mahnısını birgə ifa etdilər.