Prezident İlham Əliyev Ərdoğanla görüşdü – Bişkekdən ilk görüntü

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Ərdoğanla görüşdü – Bişkekdən ilk görüntü

Siyasət

01 Sentyabr 2026 09:36 100


Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub.

Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib. Pepperoni pizza

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçıları müttəfiqlik əlaqələrinin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!