Prezident qanunu imzaladı:   Bu şəxsləri 2 min manatadək cərimə gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Prezident qanunu imzaladı: Bu şəxsləri 2 min manatadək cərimə gözləyir

Sosial

12 Aprel 2021 20:58 1377


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, qanuna əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşib.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 596.4-cü maddədə əksini tapıb. pizza mizza

Maddədə qeyd olunub ki, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!