Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentin (Məclis) buraxılması və növbədənkənar seçkinin təyin edilməsi haqqında fərman imzalayıb.
Yenisabah.az KazTAG-a istinadla xəbər verir ki, seçkilər martın 19-na təyin edilib.
Mərkəzi Seçki Komissiyasına seçkilərinn hazırlanması və keçirilməsini təşkil etmək tapşırığı verilib. Sezar pizza
Xatırladaq ki, Qazaxıstan Konstitusiyasına görə, parlamentin iki palatası mövcuddur: aşağı palata Məclis, yuxarı palata isə Senat adlanır.
Telegram kanalımız