Dmitri Peskov “Vaqner”in təsisçisi Yevgeni Priqojinin harada olması barədə məlumatı olmadığını bildirib.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi deyib: "Məndə heç bir məlumat yoxdur və heç nə deyə bilmərəm".
İyunun 24-də Peskov Yevgeni Priqojinə qarşı cinayət işinin bağlanacağını, Belarusa gedəcəyini açıqlayıb. pizza sifarişi
"Şəxsən məndən soruşursan ki, Priqojinin aqibəti necə olacaq. Onun barəsində cinayət işinə xitam veriləcək, özü də Belarusa gedəcək", - deyə o vurğulamışdı.
Telegram kanalımız