Priqojin “Vaqner“in adını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Priqojin “Vaqner“in adını dəyişdi

Dünya

22 İyul 2023 16:38 4306


"Concord Management and Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti Belarusda qeydiyyata alınıb.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, MMC-nin hüquqi ünvanı "Vaqner" düşərgəsinin yerləşdiyi kənddir. 

Məlumat respublikanın hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrində yerləşdirilib. “Concord Management and Consulting” şirkəti iyulun 19-da dövlət qeydiyyatına alınıb, onun fəaliyyət növü daşınmaz əmlakın idarə edilməsidir. pizza mizza

Yeni hüquqi şəxsin 100 faiz sahibi Rusiyanın "Concord Management and Consulting" şirkəti, rəhbəri isə Yevgeni Priqojindir.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, "Vaqner"ə Belarusun keçmiş hərbi şəhərciyində, Osipoviç yaxınlığında məskunlaşmaq təklif olunub. Tsel kəndindəki keçmiş hərbi hissənin ərazisində çadır şəhərciyi salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!