"Paris Sen-Jermen" klubunda baş məşqçi Luis Enrike ilə hücumçu Usman Dembele arasında oyun vaxtının idarə olunmasına görə narazılıq yaranıb.
“Yeni Sabah” xəbər verir ki, 29 yaşlı vinger fiziki formasını və optimal dözümlülüyünü saxlayaraq ritm qazanmaq üçün əvəzlənmədən, mütəmadi olaraq tam 90 dəqiqə meydanda olmaq istədiyini bildirir. Lakin baş məşqçi Luis Enrike və PSJ-nin tibbi heyəti fransalı futbolçunun keçmiş ağır zədə tarixçəsini nəzərə alaraq onu mövsümün həlledici mərhələsinə tam sağlam çıxarmaq üçün oyun dəqiqələrini ciddi nəzarətdə saxlayır.
Paris təmsilçisi gərgin oyun təqvimində aparıcı futbolçularının zədə risklərini minimuma endirmək məqsədilə rotasiya siyasətinə və xüsusi istirahət planına üstünlük verməkdə davam edir. pizza hut
Nazim Hacıyev
Telegram kanalımız