7 İyul - 01:35
PSJ Neymarı satışa çıxaracaq

PSJ Neymarı satışa çıxaracaq

İdman

23 May 2022 14:20 605


PSJ yay transfer pəncərəsində hücumçu Neymarla yollarını ayırmağı planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. 30 yaşlı futbolçu komandanın sahibi olan Qətər rəhbərliyinin birbaşa göstərişi ilə satışa çıxarılmalı olacaq. Onun gedişi həm də hücumçu Kilian Mbappe ilə yeni  yüksək maaşlı müqavilənin imzalanması ilə əlaqələndirilə bilər.

Lakin braziliyalı futbolçunun maliyyə tələbləri PSJ-nin Neymarla tez bir zamanda yollarını ayırmasına mane ola bilər. O, həftədə təxminən 580 min qazanır.

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 28 oyunda 13 qol vurub və 8 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!