Pul köçürmələrində yeni hədd: Aylıq 50 min manata qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Pul köçürmələrində yeni hədd: Aylıq 50 min manata qaldırıldı

İqtisadiyyat

30 Sentyabr 2026 17:44 768


Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə yeni qərar imzalayıb.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən, maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin həddi bir əməliyyat üzrə 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı məbləğ, bu məbləğ nəzərə alınmaqla fiziki şəxslərə (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər istisna olmaqla) münasibətdə bir təqvim ayı üzrə ümumilikdə 50 min manat və ya ona ekvivalent xarici valyuta məbləğindən artıq məbləğdə müştəri tərəfindən həmin təqvim ayı ərzində aparılan hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatının məbləği müəyyən ediləcək. Toyuqlu pizza

Yeni qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!