Rusiya Prezidenti Vladimir Putin Qərb şirkətlərinin ölkədəki fəaliyyətinə qarşı növbəti kəskin addım atıb. İmzalanan yeni fərmana əsasən, Fransanın ticarət nəhəngi "Auchan", İsveçrənin "Nestlé" korporasiyası və keçmiş "Leroy Merlin" brendinin ("Lemana Pro") Rusiyadakı aktivləri müvəqqəti idarəetməyə verilib.
“Yeni Sabah” xəbər verir ki, qərara əsasən, adıçəkilən beynəlxalq brendlərin ölkədəki aktivləri və səhmləri "L.E.V. Management" adlı Rusiya şirkətinin nəzarətinə həvalə olunub.
Məsələ ilə bağlı açıqlama verən Kreml mətbuat katibi Dmitri Peskov bildirib ki, qərarın qəbul edilməsinə əsas səbəb həmin şirkətlərin təmsil olunduğu ölkələrin Rusiyaya qarşı düşmənçilik siyasəti yürütməsi və sanksiyalarda aktiv iştirak etməsidir. pizza hut
Hüquqi baxımdan mülkiyyət hüququ tam milliləşdirilməsə də, praktiki olaraq xarici sahibkarlar öz bizneslərini idarə etmək və gəlir əldə etmək imkanından tamamilə məhrum ediliblər.
Nazim Hacıyev
Telegram kanalımız